METBUAT.AZ

Şou-Biznes

Nazənin “Lotu Quli” barədə bu sözləri yazıb, sonra sildi -

24 may 2023 12:20

Müğənni Nazənin Salayeva "Lotu Quli" ləqəbi ilə tanınan mərhum "qanuni oğru" Nadir Səlifovla bağlı paylaşım edib.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi ona "Ürəklərdə qaldın" adlı mahnı həsr etdiyini bildirib.

Mahnıdan bir hissə yayımlayan Nazənin "Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş. Allah hamımıza, sevənlərinə, əzizlərinə səbr versin. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından ona ithaf olunub" sözlərini yazıb.

İfaçı daha sonra paylaşımını silib.

Qeyd edək ki, “Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində hotellərin birində güllələnib.


metbuat.az.