26 may 2023 22:05
ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilmişdi.
Xatırladaq ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.