15 may 2023 21:03
“Açıq Cəmiyyət Fondu”nun təsisçisi Corc Soros ürəktutmadan vəfat etməsi ilə bağlı xəbərləri təkzib edib.
Metbuat.az xəbər verir ki, Soros Tvitter paylaşımında bu barədə yayılan məlumatların yalan olduğunu qeyd edib:
“Mənim infarkt keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən sağam və sağlamam”, - Soros qeyd edib.