METBUAT.AZ

Ölkə

Ortaq türk ədəbiyyatı və əlifba dərslikləri hazırlanacaq

30 may 2023 18:15

Hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib.

O bildirib ki, Ortaq Türk Dünyasının Əlifbası dərsliyi hazırlanacaq. "Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir" - deyə nazir müavini bildirib.


metbuat.az.