11 may 2023 11:25
Pakistanda keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.
Metbuat.az xəbər verir ki, Pakistan Ədalət Hərəkatı partiyasının lideri Xanın korrupsiya ittihamı ilə həbs olunmasından sonra ölkənin müxtəlif şəhərlərində etirazlar davam edir. Məlumata görə, Pakistan Ədalət Hərəkatı partiyasının yüksək səviyyəli siyasətçiləri də daxil olmaqla, 1900-dən çox partiya tərəfdarı saxlanılıb. Paytaxt İslamabad və Lahorda polis mülklərinə və paramilitarlara məxsus sərhəd məntəqəsinə ziyan dəyib.
Federal hökumətin ordunu təhlükəsizliyi təmin etməyə çağırmasından sonra silahlı qüvvələrin şəxsi heyəti paytaxt İslamabadın müxtəlif məntəqələrində fəaliyyətə başlayıb.