METBUAT.AZ

Siyasət

Paşinyanı dindirəcəklər:

26 may 2023 16:36

Ermənistan baş naziri Nikol Paşinyan parlament komissiyasının suallarını cavablandıracaq.

Metbuat.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Koçaryan "News.am"a müsahibəsində bildirib. İyunda baş tutması planlaşdırılan iclasda 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən danışılacaq.

Andranik Koçaryan qeyd edib ki, Nikol Paşinyan şəxsən təşşəbbüs göstərərək komissiyanı iclasında iştirak etmək istədiyini bildirib.


metbuat.az.