1 may 2023 11:05
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsi başa çatmaq üzrə olan yarımmüdafiəçi İlkay Gündoğan barədə danışıb.
Metbuat.az “Goal”a istinadən xəbər verir ki, o, Gündoğana heyran olduğunu bildirib.
"Onu sevirəm. Ona pərəstiş edirəm. Evliyəm, amma ona heyranam! İlkay çox vacib oyunçudur. Susaraq komandaya liderlik edir, amma danışanda hamı dinləyir. Güclü hücumameyilli yarımmüdafiəçidir. O, həmişə düzgün mövqedədir. İlkay hər mənada mükəmməl oyunçudur” - Qvardiola deyib.
Qeyd edək ki, İlkay Gündoğanın müqaviləsi mövsümün sonunda başa çatır. Türk əsilli ulduz gələn mövsüm harada oynayacağına hələ qərar vermədiyini etiraf edib. Gündoğanın həyat yoldaşı Sara Arfauinin İngiltərədəki həyatdan sıxıldığı və gələn mövsüm başqa ölkəyə köçmək istədiyi bildirilir.