10 may 2023 14:32
Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçmasını qadağan edən qərarı 4 il sonra ləğv edib.
Metbuat.az xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb. Beləliklə, turizm şirkətlərinin Gürcüstana səfərinə maneə aradan qaldırılıb. Qeyd edək ki, Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Rusiya aviaşirkətlərinə 2019-cu ildən Gürcüstana uçuşlar qadağan edilmişdi.
Eyni zamanda, Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi haqqında fərman imzalayıb. Bundan sonra Gürcüstan vətəndaşları Rusiyaya 90 günlük viza rəsmiləşdirmədən səfər edə biləcəklər. Qeyd olunub ki, bu qərar Rusiyaya işləmək və ya təhsil almaq üçün gedən Gürcüstan vətəndaşlarını əhatə etməyəcək.