METBUAT.AZ

Dünya

Putinə xəbərdarlıq:

1 may 2023 15:19

Cənubi Afrika Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, xəbərdarlıqda Putindən BRİKS sammitinə gəlməməsi istənilib. Putindən sammitə onlayn qatılması istənilib. “Sunday Times”ın məlumatına görə, Cənubi Afrika rəsmiləri bildirib ki, Putin Cənubi Afrikaya səfər edərsə həbs edilə bilər.

Qeyd edək ki, Putin Braziliya, Rusiya, Hindistan, Çin və ev sahibi Cənubi Afrika liderlərinin sammitinə dəvət olunub. Cənubi Afrika Rusiyaya qarşı sanksiyaları dəstəkləməsə də, Roma Statusunu imzalayan ölkə olduğu üçün Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etmək məcburiyyətindədir.


metbuat.az.