METBUAT.AZ

Hadisə

Qabyuyan maşın yanğına səbəb oldu

1 may 2023 10:54

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd qabyuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

metbuat.az.