15 may 2023 16:44
Türkiyədə prezident seçkilərinin qalibi ikinci turda məlum olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, səslərin sayılmasından sonra heç bir namizəd 50 faizlik səddi keçə bilmədiyi üçün ikinci tur keçiriləcək. İkinci turda ilk turda 49,5 faiz toplayan Rəcəb Tayyib Ərdoğan və 44, 89 faiz səs toplayan Kamal Kılıçdaroğlu mübarizə aparacaq.