8 may 2023 23:04
"Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Hüseynzadə vəfat edib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl məşq zamanı ürəyində problem yaşayanan 20 yaşlı müdafiəçinin müalicəsi effekt verməyib.
O, bu gün axşam vəfat edib.
Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Azərbaycan U-21 millisinin üzvünün halı pisləşib. Dərhal xəstəxanaya çatdırılsa da, onu ayıltmaq mümkün olmayıb. Həkimlər bir müddət əvvəl Ş.Hüseynzadəni ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırsalar da, vəziyyəti stabil ağır olaraq qalırdı.