22 may 2023 14:03
Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kv. km ərazisinə Qarabağ da daxildir. Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır".