METBUAT.AZ

Dünya

Qəbirstanlıqdan 3 min manatlıq

15 may 2023 10:31

Bakıda qəbirstanlıqdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.