METBUAT.AZ

Ölkə

Qobustandakı qəzada həlak olan gənc qızın nişanlısı ilə son görüntüsü -

23 may 2023 11:44

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə boğdu.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən beş nəfərdən ikisi - 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Əmrah Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Səmayə Talıbovanın Bakıya yola düşərkən paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərini təsirləndirib. Gənc qız son paylaşımına “hazırlaşın, nişanlanırıq” şəklində qeyd əlavə edibmiş.

Xatırladaq ki, ötən gün Qobustanda baş verən dəhşətli qəzada dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.

Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.


metbuat.az.