1 may 2023 23:32
İran rialı xarici valyutalar qarşısında dəyərini daha da itirib.
Metbuat.az xəbər verir ki, bu gün İranda valyuta mübadiləsi məntəqələrində 1 dollar 55600 riala dəyişdirilib.
Bu, İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyərlərindən hesab edilir.
Qeyd edək ki, İranın pul vahidi ötən 10 il ərzində dollar qarşısında 100%-dən çox dəyər itirib.