18 may 2023 01:09
Bu gün Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşib.
Metbuat.az xəbər verir ki, yarımfinalın cavab görüşündə "Mançester Siti" "Real"ı qəbul edib.
Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb. Bugünkü matçda isə "Mançester Siti" 4 cavabsız qolla qalib gələrək finala yüksəlib.
Beləliklə, iyunun 10-u Türkiyənin İstanbul şəhərində keçiriləcək finalda "İnter"lə "Mançester Siti" üz-üzə gələcək.
17 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:0
Qollar: B.Silva, 23, 37, E.Militao, 76-avtoqol, J.Alvarez, 90+1
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
16 may
23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0