METBUAT.AZ

İdman

“Real Madrid” çempionluğunu belə qeyd etdi -

22 may 2023 11:58

Basketbol üzrə Avroliqada 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, “Real Madrid” Avropanın ən güclüsü adını qazanıb.

Madridlilər buna finalda “Olimpiakos”u məğlub etməklə nail olublar. Dünən keçirilən sonuncu qarşılaşmada İspaniya təmsilçisi 79:78 hesablı qələbə qazanıb.

Bu, “Real Madrid”in 11-ci analoji uğuru olub. Klub bu göstəricidə rekordçudur.



metbuat.az.