METBUAT.AZ

İdman

Ronaldonun saatının qiyməti təəccübləndirdi -

24 may 2023 14:45

“Əl-Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldonun sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki,o, paylaşımında lüks brend “Jacob & Co” tərəfindən hazırlanmış saatını nümayiş etdirib. Məlumata görə, Ronaldonun saatının qiyməti 800 min avrodur. Saat dəyərli daşlarla bəzədilib. Saatın kəməri isə mavi timsahın dərisindən hazırlanıb. Fotoda Ronaldonun gülümsəməsi də diqqət çəkib.

Bildirilir ki, Ronaldo bu foto ilə həm də “Əl-Nəssr”də xoşbəxt olduğu barədə mesaj verib. Ronaldonun “Əl-Nəssr”dən ayrılmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.



metbuat.az.