2 may 2023 15:46
Kreml Rusiya ilə Polşa arasındakı münasibətlər barədə fikirlərini paylaşıb.
Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov deyib ki, Varşavanın davranışına əsasən , iki ölkə arasında münasibətlərdən yaxşı heç bir şey gözlənilmir.
Qeyd edək ki, bir müddət əvvəl Polşa prezidentinin dəftərxanasının xarici siyasət bürosunun rəhbəri Marcin Przydacz təklif etmişdi ki, Varşava Rusiyadan İkinci Dünya Müharibəsində dəymiş ziyana görə kompensasiya tələb edə bilər.