12 may 2023 14:30
"Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsindən söhbət gedə bilməz".
Metbuat.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, bu iddialar əsassızdır. "Rəsmi Moskva Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun ittihamlarını rədd edir” - Peskov deyib.
Qeyd edək ki, Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sosial mediada yayılan saxta məlumat və görüntülərlə bağlı açıqlama verib.
O saxta məlumatların Rusiya tərəfindən ortaya atıldığını iddia edib. Kılıçdaroğlu həm türk, həm də rus dilində paylaşdığı yazılı açıqlamasında qeyd edib: "Əziz rus dostlar, dünən bu ölkədə ortaya atılan montajların, oyunların, saxta məzmunların və kasetlərin arxasında siz dayanırsınız. Əgər mayın 15-dən sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, Türkiyə dövlətindən əl çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq”.
Əlavə edək ki, Türkiyənin Məmləkət partiyasının sədri, prezidentliyə namizəd, Muharrem İnce barəsində şantaj məlumatları ortaya atılıb. Muharrem İnce buna görə də namizədliyini geri götürdüyünü açıqlayıb.