METBUAT.AZ

Hərbi

Rusiya kontingentinə məxsus avtomobillər Laçın nəzarət buraxılış məntəqəmizdən belə keçir -

6 may 2023 09:50

Xəbər verdiyimiz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Metbuat.az xəbər verir ki, həmçinin həmin ərazidə Britaniya istehsalı olan mobil rentgen aparatı quraşdırılıb.

Hərbi ekspert Ədalət verdiyev Rusiya kontingentinə məxsus avtomobillərin Laçın nəzarət buraxılış məntəqəmizdən keçməsini əks etdirən görünütlər paylaşıb.

Həmin görüntüləri təqdim edirik:



metbuat.az.