METBUAT.AZ

Dünya

Rusiyalı diplomatdan açıqlama:

27 may 2023 11:48

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada müharibənin başa çatması ilə bağlı tələblərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "NEXTA Live" Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Ukrayna Aİ-yə üzv olmaqdan imtina etsə və rus dilini dövlət dili kimi tanısa, “münaqişə” həll olunacaq.

Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə razılaşma mümkün olacaq. 1990-cı ildə dövlət suverenliyi haqqında bəyannaməyə əsasən Ukrayna hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün bitərəf qeyri-blok statusuna qayıtmalıdır. Bundan başqa Ukrayna “yeni ərazi reallıqlarını” da tanımalıdır. ”, - deyə Qaluzin bildirib.


metbuat.az.