METBUAT.AZ

Dünya

Rusiyanın məşhur yazıçısının maşını

6 may 2023 13:47

Nijni Novqorodda məşhur rus yazıçısı, millətçi, Ukrayna işğalının ən qatı təbliğatçılarından olan Zaxar Prilepinin olduğu avtomobil partladılıb.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yazıçı hazırda yaralıdır, ona tibbi yardım göstərilir. Onun hər iki ayağının sındığı bildirilir.

Sürücü hadisə yerində vəfat edib.

Məlumata görə, partlayıcı qurğu əvvəlcədən maşının altında olub.

Araşdırma aparılır.


metbuat.az.