20 may 2023 10:01
Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 416 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 45 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə hələ məlumat yoxdur.