METBUAT.AZ

Dünya

Sərnişin havada təyyarənin qapısını açdı -

26 may 2023 15:47

Cənubi Koreyada uçuş zamanı sərnişin təcili çıxış qapısını açıb.

Metbuat.az xəbər verir ki, hadisə təyyarə hava limanına enməzdən bir neçə dəqiqə əvvəl baş verib. Bildirilir ki, təyyarə qapısı açıq vəziyyətdə eniş etmək məcburiyyətində qalıb. Pilotlar təyyarəni təhlükəsiz formada endirə bilib. Hadisə zamanı təyyarədə 194 sərnişin olub. Bəzi sərnişinlərin tənəffüs yollarında problem olub və onlar xəstəxanaya yerləşdirilib. Bildirilir ki, hadisəni törədən 30 yaşlı sərnişin polis tərəfindən nəzarətə götürülüb.


metbuat.az.