METBUAT.AZ

Dünya

Şimali Koreya sərhədində real döyüş sursatları işə salındı

25 may 2023 14:45

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sərhədində real döyüş sursatı ilə təlimlərə başlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dairələri açıqlama verib. Bildirilib ki, təlimin məqsədi ölkəni işğal etmək məşqidir. Pxenyan sərhəddəki təlimlərə səssiz qalmayacağını bildirib. Seulun açıqlamasında isə qeyd edilir ki, Cənubi Koreya və ABŞ hərbçilərinin Şimali Koreya sərhədində real döyüş sursatı ilə birgə həyata keçirdikləri təlimlər 5 mərhələdən ibarət olacaq.

Qeyd edək ki, Pxenyan administrasiyası Seul və Vaşinqton arasında keçirilən belə təlimə həmişə öz silahlarını sınaqdan keçirməklə cavab verir.


metbuat.az.