METBUAT.AZ

Siyasət

Simonyan Türkiyəyə gedir

3 may 2023 12:50

Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Ankaraya təyyarə ilə səfər edəcək.

Metbuat.az "NTV"yə istinadən xəbər verir ki, Türkiyənin öz hava məkanını Ermənistan təyyarələri üçün bağlasa da, Simonyanın gəlişinə icazə verilib.

Xatırladaq ki, Ermənistanın nümayəndə heyəti bu gün Türkiyəyə yola düşüb. Erməni deputatlar Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 30 illiyinə həsr olunan sammitdə iştirak edəcəklər. Səfər çərçivəsində A.Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.


metbuat.az.