19 may 2023 12:51
Türkiyədə seçkilər prosesində ən çox müzakirə edilən şəxslərdən biri də Sinan Oğandır.
Onun Azərbaycan əsilli olması, Azərbaycanla sıx əlaqələri isə ölkəmizdə maraqla qarşılanır.
Metbuat.az xəbər ki, Sinan Oğanın sosial şəbəkələrdə yeni bir görüntüsü yayılıb.
Belə ki, 1990-cı il yanvar hadisələrində Türkiyə daxilində Azərbaycana dəstək üçün təşkilatlanma həyata keçirib. 20 Yanvar hadisəsi zamanı Azərbaycana qarşı münasibəti Türkiyə xalqı və hakimiyyəti arasında fərqli olub. Həmin illərdə Türkiyə Prezidenti olan Turqut Özal “Azərbaycanlılar Anadoludakı türk xalqından daha çox İran azərilərinə yaxındırlar. Onlar şiədir, biz isə sünni” ifadələri verib. Bu açıqlama xalq tərəfindən birmənalı qarşılanmayib və bu istiqamətdə kəskin tənqidi fikirlər səsləndirilib.
Ölkənin bir çox yerlərində Azərbaycana dəstək mitinqləri keçirilib. Minlərlə insanın iştirakı ilə İstanbulda baş tutan əsas mitinqin təşkilatçısı isə Sinan Oğan olub.
Qeyd edək ki, tənqidlərdən sonra T.Özal açıqlama verərək çıxışının yanlış anlaşıldığını bildirib.
Məlumat üçün bildirək ki, Sinan Oğan 1992-ci ildə "Azərbaycanda İqtisadiyyat və Maliyyə Sektorunun Struktur Analizi" adlı dissertasiya işi ilə magistr təhsilini başa vurub. O, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini vəzifələrində çalışıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından əvvəl Əbülfəz Elçibəylə görüşmüş və Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət Elçibəyin prezident aparatında çalışıb.