21 may 2023 22:38
Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan mayın 22-də ictimaiyyətə açıqlama verəcək.
Metbuat.az xəbər verir ki, bu barədə ittifaqda təmsil olunan Zəfər partiyasının sədri Ümit Özdağ məlumat verib.
Onun sözlərinə görə, Oğan sabah prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.
Qeyd edək ki, Bundan əvvəl Sinan Oğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Ümit Özdağ isə CHP lideri Kemal Kılıçdaroğlu ilə görüşüb. O, Twitterdə etdiyi paylaşımda da Bazarertəsinə nişan etmişdi.