6 may 2023 23:10
Smart kart tipli sayğaclar mərhələli şəkildə ləğv ediləcək.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, onların əvəzinə ağıllı qaz sayğacları quraşdırılacaq.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, prosesə ilkin mərhələdə yeni yaşayış binalarından başlanıb. Pilot layihə çərçivəsində 40 min abonentin mənzili ağıllı sayğacla təmin olunub.
“Yeni sayğaclar vasitəsilə qaz sərfiyyatı ilə bağlı məsələlər vahid mərkəzdən idarə olunacaq.”
Qurum rəsmisi ağıllı sayğacların bir çox üstünlüklərə malik olduğunu bildirib.
Gələcəkdə yaşayış binaları ilə yanaşı həyət evlərinə də ağıllı sayğac quraşdırılacaq. Smart kart tipli sayğaclar mərhələli şəkildə dövriyyədən çıxarılacaq.
Eldəniz Vəliyev mənzillərdə qaz sayğaclarının bir neçə dəfə dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib.
Mətbuat aktibi əlavə edib ki, ağıllı sayğaclar "Azəriqaz" İB-nin öz maddi hesabına quraşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: