15 may 2023 15:54
Türkiyədə prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlanıb.
Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkə daxilindəki seçki məntəqələrinin 99,87 faizinin nəticələri hesablanıb. Sayılan səslərə əsasən Rəcəb Tayyib Ərdoğan 49,5 faiz, Kamal Kılıçdaroğlu 44, 89 faiz, Sinan Oğan 5,17 faiz, Məhərrəm İncə 0,44 faiz səs yığıb.
Bundan əvvəlki nəticələrdə Ərdoğanın səs faizi 49,40 idi.