METBUAT.AZ

Gündəm

"Sonra bildik ki, məşqçi bu işlərlə məşğul imiş" -

2 may 2023 21:19

“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.

Metbuat.az xəbər verir ki, bu sözləri Baku TV-yə aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır:

“O adam həbsxanada çürüməlidir”.

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Ətraflı videomaterialı təqdim edirik:


metbuat.az.