31 may 2023 11:50
Türkiyə parlamentinə deputat seçilən nazirlər postundan gedəcək.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Konstitusiyasına görə, deputatlar nazir seçilə bilməz. Bildirilir ki, İstanbuldan millət vəkili seçilən daxili işlər naziri Süleyman Soylu yeni nazirlər kabinetində yer almaya bilər. İddia edilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri postuna 2014-cü ildən bəri Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışan Seyfullah Hacımüftüoğlunu təyin edə bilər.
Bu posta iddialı olanlar arasında keçmiş daxili işlər naziri Efkan Ala da var. Türkiyə mediası iddia edir ki, Ərdoğan növbəti dəfə Soylunu daxili işlər naziri postuna təyin etmək istəsə, o deputatlıqdan imtina edəcək.