METBUAT.AZ

Dünya

Suriya 10 ildən sonra Ərəb Liqasına qayıtdı

8 may 2023 15:33

Ərəb Liqası 10 ildən sonra Suriyanı yenidən üzv qəbul edib və region ölkələrinin Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdırmaq səylərini dəstəkləyib.

Metbuat.az xəbər verir ki, Ərəb Liqasının açıqladığı qərarda bildirilib ki, Suriyadakı vətəndaş müharibəsindən sonra milyonlarla suriyalının qonşu ölkələrə sığınması və narkotik qaçaqmalçılığı kimi problemlər həll edilməlidir.

Açıqlamada Suriyanın dərhal qrup toplantılarına qatılmağa başlaya biləcəyi ifadə edilib. Məlumata görə, Qətər münasibətlərin normallaşması istiqamətində mövqeyinin dəyişmədiyini ifadə edərək, qərarı dəstəkləməyib.


metbuat.az.