25 may 2023 12:54
Süveyş kanalında gəmi saya oturub.
Metbuat.az xəbər verir ki, gəminin “Leth Agency” şirkətinə məxsus olduğu bildirilir. Məlumata görə, yük gəmisinin saya oturması digər gəmilərin keçidinə mane olub. Ərazidə azı 4 gəmi növbə gözləyir. Müvafiq qurumlar gəmininin üzməsini davam etdirməsi üçün işlər görür. Məlumata görə, problem aradan qaldırılmaq üzrədir.
Qeyd edək ki, iki il əvvəl yük gəmisinin Süveyş kanalında saya oturması nəticəsində su yolu 1 həftə bağlı qalmışdı.