1 may 2023 17:11
Azərbaycanı “Avroviziya”da təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
İTV-dən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanı bu il “Avroviziya”da təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, “Avroviziya”nın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.