METBUAT.AZ

Şou-Biznes

Tolikdən sərt reaksiya -

2 may 2023 10:10

Aparıcı Tarix Əliyev (Tolik) stilist Anar Ağakişiyevin Xalq artisti Aygün Kazımova haqqında söylədiklərinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, o, sosial şəbəkə hesabında ikilinin illər əvvəl çəkilən fotosunu paylaşaraq onu məşhur edənin Aygün Kazımova olduğunu bildirib:

"Bu gün Anarın çıxışını izlədim. Onu 25 ildir tanıyıram və dostluğumuz şou-biznesə bağlı deyil. O zamanlar Anar da, mən də məşhur deyildik. Amma bu gün ikimiz də şou-biznesdə kifayət qədər söz sahibiyik. Anara bildirmək istəyirəm ki, Aygün Kazımova 30 ilin hər zaman tələb olunan, aktual və ilklərə imza atan müğənnisi olub. Ölkənin ən tələbatlı ulduzunun adının yanına yalnız Röya gəlib, yanında dayana bildi. Çünki o da yalnız işləri və əziyyətinin bəhrəsi ilə bu yerə gəlib, çatdı. Anar sən də sənətində ən zirvədəsən. Amma bir şeyi unutma. Sənin də tanınmağın Aygün Kazımovaya görə olub. Bu gün bəh- bəhlə şəkil çəkdirdiyin Bülent Ersoyu da ilk Azərbaycana gətirən Aygün Kazımova olub. Anar bilirəm nəyə görə ondan incimisən və illərdir də, bu belə davam edir. Kimlərsə səndən istifadə edib, belə müsahibələr almaqla sabah Aygün Kazımovanın hər hansı layihəsində onun yanında olub, bəh- bəhlə ondan yazıb və inankı sənin verdiyin bu müsahibənin açıqlamasına cavab almağa cürətləri çatmayacaq. Təki bütün günü barlarda ora-burasını açan "müğənnilər" bu 30 ilin cəmi 3 ilini ulduz kimi yaşaya bilsinlər", - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, ötən gün Anar Ağakişiyev Xalq artistinin videosuna rəy yazıb. O, Aygün Kazımovanın qoca transa bənzədiyini vurğulayıb. İzləyicilər isə Anar Ağakişiyevi tənqid edərək onun müğənnini təhqir etdiyini vurğulayıblar. Stilist müzakirələrə cavab olaraq bildirib ki, Aygün Kazımova da illər öncə onu təhqir edib: "İllər öncə ATV kanalında yayımlanan “Xeyir ola” verilişində canlı yayımda məni təhqir edib, ələ sala-sala “kosoy Anar” deyib. Önəm vermədim. Lakin yenə də anlayıram ki, hər bir insana yerində cavabını vermək lazımdır. Mən susduqca elə bilir ki, həmişə susacam. İllər keçir, bu, davam edir. Haqqımda dosta, tanışa təhqiredici səsli mesajlar söyləyir. Nə vaxta qədər susacam? Öz aləmində mənə ləqəb qoyub -"kosoy"", - deyə stilist instaqram storisində vurğulayıb.



metbuat.az.