METBUAT.AZ

Hadisə

Tovuzda mina partladı -

27 may 2023 09:18

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

Metbuat.az xəbər verir ki, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.