30 may 2023 12:16
Türkiyənin Bursa şəhərində yerli və milli avtomobil “Togg” gəlin maşını olub.
Metbuat.az xəbər verir ki, Fatma-Hüseyin Özdemir cütlüyü üçün ayrılan “Togg” xüsusi bəzədilib. Avtomobili isə Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş idarə edib. Məlumata görə, Sənaye və Texnologiya naziri Mustafa Varank Bursadakı tədbir zamanı Hüseyn Özdəmirə toy üçün “Togg”dan gəlin maşını kimi istifadə edəcəyinə vəd verib.
Bursa Böyükşəhər Bələdiyyə Başçısı da nazirin vədini yerinə yetirib. Sürpriz, bəy və gəlin tərtəfindən sevinclə qarşılanıb.