4 may 2023 16:21
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntsun taleyinə aydınlıq gəlib.
Metbuat.az Türkiyə Futbol Federasiyasına (TFF) istinadən xəbər verir ki, almaniyalı mütəxəssis postunda qalacaq.
Bunu TFF prezidenti Mehmeh Büyükekşi açıqlayıb. O, mətbuatda yayılan məlumatların şayiə olduğunu, 61 yaşlı məşqçi ilə yollarına davam edəcəklərini bildirib.