10 may 2023 14:25
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı durumu müzakirə edib.
Metbuat.az xəbər verir ki, bunu türkiyəli nazir tviterdə yazıb.
O bildirib ki, tərəflər həmçinin Ukrayna və Suriyadakı durum barədə də danışıblar.
Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.