12 may 2023 12:50
İngiltərə mətbuatı UEFA Çempionlar Liqasının finalının üçüncü dəfə İstanbuldan alına biləcəyini iddia edib.
Metbuat.az xəbər verir ki, bu barədə “Goal's İndependent” məlumat verib. Bildirilib ki, UEFA Türkiyədə mayın 14-də keçiriləcək seçki ilə bağlı yarana biləcək gərginliyi nəzərə alaraq Çempionlar Liqasının finalını İstanbuldan geri almağı planlaşdırır. Xəbərlərdə UEFA-nın bu məsələ ilə bağlı narahat olduğu da vurğulanıb.
Qeyd edək ki, UEFA İstanbulda keçirilməli olan final oyununu 2020-ci ildə Lissabona, 2021-ci ildə isə Portuya keçirib. UEFA-nın iyunun 10-da keçirilməsi planlaşdırılan Çempionlar Liqasının finalının İstanbuldan alına biləcəyi barədə bundan əvvəl də mediada xəbərlər dərc edilmişdi.