METBUAT.AZ

İdman

Türklər bu səbəbə görə İstanbulda "Siti"nin çempion olmasını istəyir

23 may 2023 09:25

Türkiyə Super Liqasını çempion kimi başa vuran klubun növbəti mövsüm Çempionlar Liqasına hansı təsnifat mərhələsindən başlayacağı maraq doğurur.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, Türkiyə çempionu olacaq klubun Çempionlar Liqasında bir təsnifat mərhələsi az oynamaq imkanı var. Bunun üçün Çempionlar Liqasının finalına vəsiqə qazanan “İnter” ya İtaliya A seriyasını ilk 4-lükdə bitirməlidir, ya da "Mançester Siti" Çempionlar Liqasını qazanmalıdır. Digər variantlarda isə Türkiyə çempionu olacaq klub Çempionlar Liqasında qrupa düşmək üçün bir təsnifat mərhələsi çox oynayacaq.

Qeyd edək ki, UEFA-nın rəsmi saytının məlumatına görə, Türkiyə xal sıralamasında 32.100 xalla 12-ci yerdədir. Müvafiq olaraq, Super Liqanı birinci başa vuran komanda Çempionlar Liqasının seçmə mərhələsində iştirak edir. 2-ci və 3-cü yerləri tutan komanda isə UEFA Konfrans Liqasının seçmə mərhələsində iştirak etmək hüququ qazanır. Bundan başqa, Ziraat Türkiyə Kubokunu qazanan komanda Konfrans Liqasının seçmə mərhələsində iştirak edəcək.


metbuat.az.