13 may 2023 11:38
Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb.
Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir.
Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq.