18 may 2023 12:58
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşüb.
Metbuat.az xəbər ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, görüşdə Ukrayna və Çin arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib. Açıqlamaya görə, nazir Kuleba Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan davamlı və ədalətli sülhün bərpası prinsipləri haqqında Lini ətraflı məlumatlandırıb.
O bildirib ki, Ukrayna torpaqlarından güzəştə getməsini və ya dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək. Bəyanatda tərəflərin Ukrayna və Çin arasında ikitərəfli münasibətlərin inkişafının uzunmüddətli perspektivlərini müzakirə etdiyi bildirilib. Kuleba və Linin ikitərəfli və beynəlxalq gündəliyin əsas məsələləri üzrə dialoqu sürətləndirmək barədə razılığa gəldiyi qeyd edilib.