METBUAT.AZ

Dünya

Ukrayna Rusiyanın 25 raketini vurdu

17 may 2023 12:28

Rusiya ordusu son 1 gündə Ukraynanın müxtəlif bölgələrinə 31 raket hücumu təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri açıqlama verib. Açıqlamada Rusiya qüvvələrinin Ukraynanın Mikolayiv və Konstantinivka şəhərlərinə "S300" və "Kalibr" tipli raketlərlə hücumlar təşkil etdiyi qeyd edilib. Məlumata görə, Rusiya qüvvələri hücum zamanı 6 ədəd “Kinjal” hipersəs raketindən istifadə edib. 31 raketdən 2-si havada partlayıb, 25-i isə Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.


metbuat.az.