METBUAT.AZ

Dünya

Ukraynanın baş komandanı yaralanıb? -

21 may 2023 00:19

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının yaralanması ilə bağlı xəbər təkzib olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O bildirib ki, Rusiya mətbuatının yaydığı xəbərlər yalandır və Zalujnı öz işinin başındadır.

Qeyd edək ki, daha öncə hərbi müxbir Andrey Rudenko Zalujnının Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı ağır yaralandığını bildirmişdi.


metbuat.az.