METBUAT.AZ

Siyasət

Ukraynaya yeni səfir

23 may 2023 14:36

Xəbər verdiyimiz kimi, Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


metbuat.az.