13 may 2023 20:06
“Vergi sistemində süni intellekt texnologiyalarının tətbiq edilməsi ilə bağlı müzakirələr aparılır”.
Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev bildirib.
O qeyd edib ki, elektron xidmətlərin keyfiyyətinin artırılması, elektron auditin tətbiq edilməsi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivlərinə daxildir.